Səfər ayının 28-nin müstəhəb əməlləri

Həzrət Mühəmməd Peyğəmbərin (s) və İmam Həsənin (ə) vəfat günü olan səfər ayının 28-nin əsas müstəhəb əməlləri bunlardır:

  1. Oruc tutmaq.
  2. Qüsl almaq.
  3. İki+iki rükət namaz qılmaq (iki dənə sübh namazı kimi). Axırda Həzrət Fatimənin (ə) təsbihini oxumaq.
  4. Aşağıdakı duanı 10 dəfə oximaq:

Ya şədidəl-qüva və ya şədidəl-mihal.

Ya Əzizu ya Əzizu ya Əziz.

Zəllət bi-əzəmətikə cəmiu xəlqikə.

Fəkfini şərrə xəlqikə.

Ya Muhsin, ya Mucmil, ya Mun’im, ya Müfəzzil.

Ya la ilahə illa ənt.

Sübhanəkə inni küntü minəz-zalimin.

Fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmm.

Və kəzalikə nuncil-muminin.

Və səllallahu əla Muhəmmədin və alihi-teyyibinət-tahirin.

 

5. Bunlardan əlavə Peyğəmbərin (s) və İmam Həsənin (ə) kənardan ziyarətnamələrini oxumaq da müstəhəbdir. Bunların həcmi uzun olduğu üçün müvafiq kitablara müraciət etməyi məsləhət görürük.

Exit mobile version