Hava barədə proqnoz vermək kahinlik və haram iş sayılırmı?

Dinimizdə gələcəkdən xəbər verməyə çalışmaq, bunu bacardığını iddia etmək kahinlik və falçılıq sayılır. Bu, böyük günahdır. Falçılıq edən şəxs də, ona müraciət edən kəs də günah qazanır. Amma bəzi hallarda gələcək barədə proqnoz vermək kahinlik sayılmır. Bu işlərdə elmi nailiyyətlərə əsaslanmaq olar. Hava proqnozu da bu qəbildəndir. Elmi yollarla müəyyən məkan üçün hava proqnozu vermək icazəlidir. Amma əlbəttə, insan həmin proqnozun 100% doğru olduğunu düşünməməlidir. Elmi hesabat və proqnozların da yanlış olma ehtimalı vardır. İnsan bunu qəbul etməlidir ki, gələcəkdə baş verənlər barədə mütləq mənada düzgün xəbər yalnız Allahın hüzurundadır, onu istədiyi bəndələrə ötürə bilər. Hava proqnozları, dəfələrlə sınandığı kimi, düzgün çıxa da bilər, yanlış da ola bilər.

Exit mobile version