Alver zamanı günah olan hiylə növləri hansılardır?

Alverin bəzi mühüm şərtləri var ki, şəriət kitablarında (risalələrdə) bunlar ətraflı təsvir eilib. Alverin haram cəhətlərindən biri satıcının müştərini aldatması, yəni satdığı malı ona başqa cür təqdim etməsidir. Buna dini terminologiyada “ğəşş”, yəni fırıldaqçılıq deyirlər. Ğəşşin bir neçə növü vardır. Məsələn,

Satılan mala aşağı keyfiyyətli və ya başqa mal qatmaq. Məsələn, südə su qatmaq, buğdaya çınqıl qatmaq, iri buğdaya xırda buğda qatıb iri buğda qiymətinə satmaq.

Satılan malın xarici görünüşünü dəyişib daha cazibədar etmək. Məsələn, quruyub təravətini itirmiş göyərtiyə su vurmaqla onu təzə-tər göstərmək.

Satılan malın üzərində dəyişiklik etməklə fərqli şəkildə təqdim etmək. Məsələn, dəmirin üzərinə qızıl suyu çəkib onu qızıl qiymətinə satmaq.

Satılan malın eyib və nöqsanını gizlətmək (alıcı onu sağlam və bütöv mal kimi aldığına əmindirsə). Məsələn, heyvanın xəstəliyini gizlədib sağlam heyvan qiymətinə satmaq.

Exit mobile version