İslam suallarda
Saqqal saxlayan şəxs dəstəmazda üzünü yuyan zaman saqqalın altındakı dərini də tam islatmalıdır?
Oxucu sual verir
Dəstəmazın vacib əməllərindən biri də sifəti yuxarıdan aşağıya doğru su ilə yumaqdır. Alnın tük bitən yerindən çənəyə kimi bir qarış enində bütün sifət su ilə islanmalıdır. Əgər saqqal o qədər qısa və nazik olsa ki, tüklərin arasından sifətin dərisi görünsə, bu halda tüklərin dibini və dərini su ilə islatmaq lazımdır. Bunu etmək üçün suyu sifətə yaymaq və dərinin islanmasına nail olmaq tələb olunur. Əgər saqqal o qədər uzun və sıx olsa ki, artıq tüklərin dibi və dəri görünməsə, bu halda saqqalı yumaq kifayət edər. Yəni suyun saqqalı islatmasına nail olmaq kifayətdir, saqqalın altındakı dərini islatmaq vacib deyil.