Dinimizə görə, peyğəmbər və imamlar məsum sayılırlar. Onlar həm qəsdən, həm də bilməyərəkdən hər hansı günah və səhvi etməkdən uzaqdırlar, Allah onları bundan qoruyur. Hər cür mənfi xasiyyət, hətta unutqanlıq və bilmədən xəta etmək də məsuma yaraşmaz. Məsum şəxsin günah və ya səhvə yol verdiyini düşünmək İslam əqidəsinə qarşıdır və məsumluq məqamı ilə ziddiyyət təşkil edir. Bu baxımdan iki məsum şəxsin bir-biri ilə mübahisə etməsi qeyri-mümkündür. Çünki mbahisə zamanı tərəflərdən ya biri, ya da hər ikisi haqsızdır. İnsan haqsız olduğunu bilmirsə – cahildir, haqsız olduğunu bilib mübahisə edirsə, deməli, ədalətsizdir, qarşı tərəfə zülm edir. Əgər bir məsum şəxs başqa məsumla mübahisə edirsə, onlardan biri və ya hər ikisi ya haqsız olduğunu bilərək inadkarlıq edir, ya da özünü haqlı sayır, amma mövqeyinin yanlış olmasından xəbəri yoxdur. Bu halların heç biri məsumluq məqamına uyğun deyil. Ona görə də iki məsumun mübahisə etməsi, bir-birini təkzib və inkar etməsi mümkün deyil.
İki məsum şəxsin (peyğəmbər və ya imamın) mübahisə etməsi mümkündürmü?
