Tövbənin faydaları nədir?

Tövbənin faydası, bərəkəti olduqca çoxdur. Quran ayələri və hədislərdə bunlar ətraflı şəkildə şərh olunub. Məsələn,

– Tövbə günahları məhv edər: “Ey iman gətirənlər! Allaha səmimi və xalis olaraq tövbə edin. (Bu işlə) Rəbbinizin günahlarınızı bağışlayacağına ümid var” (Təhrim, 8).
– Yer və göyün bərəkətini nazil edər: “Onlara (Nuh qövmünə) dedim: Rəbbinizdən əfv diləyin ki, O çox bağışlayandır. O, sizin üzərinizə bol-bol yağış göndərər. O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar!” (Nuh, 10-12).
– Günahları savaba çevirər: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər” (Fürqan, 70).
– Günahın izlərini örtər: İmam Sadiq (ə) buyurur ki, tövbə xalis olarsa, Allah günahın təsirlərini elə örtər ki, hətta əməlləri yazmağa məmur edilmiş mələkləri unutmağa vadar edər və Qiyamətdə şahid qismində üzünə duracaq bədən üzvlərinə əmr verər ki, günahlarını gizlətsinlər. Üzərində günaha bulaşdığı və Qiyamətdə şahid olacaq yerə də tapşırar ki, ört-basdır etsin. Belə ki, Qiyamət günü məhşərə gələndə heç kəs və heç nə onun əleyhinə şəhadət verməyəcək.
Həmçinin tövbəkar şəxs Allahın lütf və məhəbbətini qazandığı üçün ərşi daşıyanlar ona əfv diləyər, özünün və ailəsinin uca Behiştə, Ədn cənnətlərinə daxil olmasını istəyərlər.

(Ayətullah Məkarim Şirazinin ofisinin verdiyi cavabdan)

shafaqna.az saytından ixtisarla

↑
Exit mobile version