İbadətlərin hər birinin düzgün olma və pozulma (batil olma) şərtləri dini kitablarda, yəni risalələrdə qeyd edilib. Əvvəla, gəyirmək heç bir ibadət əməlini və onun müqəddimə şərtlərini pozmaz. Yəni gəyirən şəxsin dəstəmazı pozulmur. Hətta namaz zamanı qeyri-ixtiyari olaraq gəyirən şəxs qiblədən dönmürsə və namazdan sayılmayan artıq söz demirsə, namazı düzgündür. Oruclu şəxs gəyirən zaman daxildən ağzına heç nə gəlmirsə, orucu da düzgündür. Əgər gəyirən zaman istəmədən ağzına nəsə gəlsə, onu tüpürməlidir. İxtiyarsız olaraq geri udsa, orucu pozulmaz, qəsdən etsə, pozular.
Qusmağa gəlincə, dəstəmazı pozmaz, qusan adamın yenidən dəstəmaz almasına da ehtiyac yoxdur. Amma bilərəkdən qusmaq orucu pozar. Bilməyərəkdən, qeyri-ixtiyari olaraq qusmaq oruca maneçilik yaratmaz.
