Bəndə Allahdan hər hansı halal istəyini diləyə bilər. Bütün ehtiyacları yerinə yetirən Allahdır. Ona görə də bəndənin hər hansı halal ehtiyacını Allahdan istəməsində eyib yoxdur. Dua zamanı həm maddi, həm də mənəvi istəklərimizi dilə gətirə bilərik. Hər kəs nəyə daha çox ehtiyacı olduğunu özü yaxşı bilir. Məsumlarımızdan rəvayət edilmiş dualarda mənəvi məsələlərə daha çox yer ayrıldığının şahidi oluruq. Belə ki, Allahdan hidayət, iman, qəlb aramlığı, təqva, din qardaşları ilə münasibətdə mehribanlıq və s. istəmək bəyənilir. Əlbəttə ki, duaların ən gözəli günahların bağışlanmasını diləmək, istiğfar etməkdir. Bununla yanaşı, maddi istəkləri də dilə gətirmək icazəlidir. Allahdan, özünə kifayət edəcək qədər və başqalarına yardım etmək üçün sərvət istəmək, cansağlığı arzu etmək, öz sevgilisinə qovuşmağı diləmək və s. kimi maddi nemətlər istəmək olar. Əsas məsələ duada istənilən nemətin halal olmasıdır.
Əlaqəli məqalələr
Şərhlər