İnsan vaxtında tutmadığı orucların qəzasını imkan yarananda qəza etməlidir. Qəza oruclarını dərhal və təcili tutmaq vacib deyil, amma əcəl qəfil gəldiyi üçün bunu çox yubatmağa dəyməz, imkan yarananda qəza namazlarını və oruclarını yerinə yetirmək tövsiyə olunur.
Dini həyat tərzinə başlamazdan əvvəlki dövr üçün yığılıb qalmış qəza oruclarını insan ilin istənilən günündə tuta bilər. Yalnız Qurban və Fitr bayramı günlərində oruc tutmaq qadağandır, Aşura günündə isə bəyənilmir. Ramazan ayında da qəza orucu tutulmaz, çünki insan həmin ay həmin ilin vacib orucunu tutmalıdır.
Qəza orucunu tutan şəxs zöhr vaxtından (günorta zöhr azanı deyilməzdən) əvvəl öz istəyi ilə orucu poza bilər, bu zaman öhdəsinə heç bir cərimə gəlmir. Zöhrdən sonra isə qəza orucunu pozmaz olmaz.
