Doğulacaq uşağın cinsiyyəti ilə bağlı ailə planlaşdırılmasına aid müəyyən cədvəllər mövcuddur. Onlara uyğun əməl etmək günah deyil ki?
Oxucu sual verir

Məlum olduğu kimi, tibb elmi durmadan inkişaf edir və əvvəllər mümkün olmayan bəzi məsələlər öz həllini tapmağa başlayır. Doğulacaq uşağın cinsiyyətini müəyyən etmək əvvəllər ağla gəlməyən bir hal sayılırdısa, müasir tibbi proqnozlarla bunun həlli mümkündür. Bununla bağlı müəyyən zaman cədvəlləri və digər tibbi təlimatlar mövcuddur. Uşağın cinsiyyətinin istəyə uyğun olması üçün cinsi yaxınlıq zamanı həmin təlimatlara əməl etmək tövsiyə edilir. Bu təlimatlara əməl etmək dinimizə görə günah deyil. Amma əlbəttə ki, hər şeyin Allahın ixtiyarında olduğunu unutmamalı və hər zaman ilk növbədə Allahdan yardım istəməliyik. Bütün tibbi təlimatlar, göstərişlər, cədvəl və planlamalar Allahın təyin etdiyi qəzavü-qədər çərçivəsində həyata keçir. İstədiyimiz nəticəni almağımız yalnız Allahın ixtiyarındadır.