İslam suallarda

Məhərrəm ayında qara rəngdə libas geyinmək savabdırmı?

Oxucu sual verir

Ümumiyyətlə, İslamda açıq rəngdə, xüsusilə, ağ rəngdə libaslar geyinmək müstəhəbdir. Çünki əvvəla, ağ rəng onu görənlərdə xoş əhval-ruhiyyə yaradır. İkincisi, açıq rəngdə libas geyinən adam istər-istəməz onun təmizliyinə xüsusi diqqət yetirməli olur. (Əlbəttə, qadınlar üçün istisna vardır. Onların diqqət cəlb edən rənglərdənsə, diqqəti uzaqlaşdıran rənğlərə üstünlük vermələri daha yaxşıdır). Qara rəng matəm rəngidir və insan hər hansı faciəyə matəm saxladığını bildirmək üçün bu rəngdə libaslar geyinir. Məhərrəmlik mövsümündə Kərbəla şəhidlərinin matəminə işarə olaraq qara rəng geyinmək dindarlar arasında bəyənilən bir ənənədir. Amma qeyd edək ki, bu, vacib deyil.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button