Ərəb dilində “mövla” sözünün bir neçə mənası vardır ki, bunların içində ən geniş yayılanı “başçı, ağa, rəhbər” mənasıdır. Qədir-Xüm günündə də Həzrət Mühəmməd Peyğəmbər (s) İmam Əlinin (ə) barəsində “mövla” sözünü məhz bu mənada işlətmişdi. Sözün sonuna əlavə edilən “na” şəkilçisi “bizim” mənasını verir. Yəni “mövlana” – “bizim ağamız, rəhbərimiz” deməkdir. İslam tarixi boyunca bəzi şəxslərə ehtiram əlaməti olaraq onları “mövlana” adlandırmışlar. Xüsusilə, Hindistanda və Şimali Afrikada yaşamış müsəlman alimlərinə “mövlana” deyə müraciət etmək ənənə şəklini almışdı. Azərbaycan ədəbiyyatında da dahi şair Füzulini bəzən “mövlana Füzuli” adlandırırlar. Lakin bu ləqəb, konkret ad göstərilmədiyi halda XIII əsrdə yaşamış məşhur təsəvvüf xadimi və şair Cəlaləddin Rumiyə aid edilir. Mənbələrdə onu “Mövlana Rumi” və qısa şəkildə “Mövlana” kimi xatırlayırlar. Sələfi əqidəli bəzi alimlər Allahdan və peyğəmbərdən başqasını “mövlana” adlandırmağı günah sayırlar.
Əlaqəli məqalələr
İnsan niyyətinin həyata keçməsi üçün 3 gün oruc tutmağı nəzir edir, amma ikinci ya üçüncü gün üzürlü səbəbdən oruc tuta bilmir. Bu halda üzürü aradan qalxdıqdan sonra orucu yenidən başlamalı yoxsa davam etməlidir?
1 gün əvvəl
Şərhlər