İslam suallarda

Həzrət Zeynəbin müqəddəs məzarı niyə Dəməşqdə yerləşir? O, ömrünün sonunda necə olub ki, Dəməşqə gedib?

Oxucu sual verir

İslam tarixində geniş yayılmış fikrə əsasən, Həzrət Əlinin (ə) qızı və İmam Hüseynin (ə) bacısı Xanım Zeynəbin məzarı Şamda (Suriyanın Dəməşq şəhərində) yerləşir. (Digər nəzəriyyəyə görə, Mədinədə vəfat etmiş və Bəqi məzarlığında torpağa tapşırılmışdır. Bəzi nadir rəvayətlərə görə isə Misirdə dəfn olunmuşdur). Xanım Zeynəbin Kərbəla faciəsindən sonra əsirlər karvanının içində Kufəyə, oradan Şama – Yezidin hüzuruna aparılması, oradan da Mədinəyə qaytarılması məlumdur. Mədinədən yenidən Şama getməsi və orada dünyasını dəyişməsi barədə belə bir nəzəriyyə mövcuddur: Mədinədə aclıq olduğu üçün Xanım Zeynəbin əri Abdullah ibn Cəfər Şam vilayətinə köçür, burada onun əkin sahələri vardı. Onunla birlikdə Şama köçən Xanım Zeynəb də az sonra burada dünyasını dəyişir. Hazırda Xanım Zeynəbin Şamdakı məqbərəsi böyük ziyarətgahdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button