İslam suallarda
Səfər ayının sonundakı 10 gün ərzində matəm saxlamağın səbəbi nədir?

Müsəlmanlar, xüsusilə, şiələr arasında geniş yayılmış ənənəyə görə, bütünlükdə məhərrəm ayı boyunca və səfər ayının 20 günü ərzində Kərbəla şəhidlərinə matəm saxlanılır. Səfər ayının 20-də Aşura şəhidlərinin şəhadətinin 40-cı günü tamam olur və məhərrəmlik matəmi sona çatır. Lakin ənənəyə əsasən, sonrakı daha 10 gün ərzində (yəni səfər ayının sonuna kimi) matəm saxlamağa davam edir, şənlik məclislərini təxirə salırlar. Səbəbi budur ki, tarixi mənbələrə görə, səfər ayının 28-də Həzrət Mühəmməd Peyğəmbər (s), səfər ayının son günündə (29 və ya 30 səfər) isə İmam Rza (ə) vəfat etmişlər. Müsəlmanlar onların vəfat günlərinə hörmət əlaməti olaraq, səfər ayının sonuna kimi matəm saxlamaqda davam edirlər.