İslam suallarda

Məhərrəmlik zamanı qola qara rəngli parça bağlamaq olarmı?

Oxucu sual verir

Məhərrəmlik mövsümündə qola qara rəngli parça zolağı bağlamaq milli adət-ənənələrimizdən birinə çevrilib. Xüsusilə, uşaqların qoluna qara parça bağlamaq daha geniş yayılıb. Bu hərəkətin öz-özlüyündə dinlə ziddiyyəti yoxdur və günah deyil. Əksinə, məhərrəmlik ənənəsini yaşatmaq, matəm əhval-ruhiyyəsini qorumaq üçün bu hərəkətin faydası vardır. Bu, əslində xırda bir hərəkət olsa da, uşaqlara məhərrəmliyi tanıtmaq baxımından böyük əhəmiyyətə malikdir. Hətta sovet hakimiyyəti illərində aparılan güclü ateizm təbliğatı şəraitində bu kimi ənənələr insanlarda dini kimliyin yaşamasına səbəb olmuşdu.
İstisna olaraq, bunu deyə bilərik ki, əgər bir şəxs qoluna qara parça bağlamaqla ona xüsusi mistik güc aid edərsə, həmin parçanın onu təhlükələrdən qoruyacağını düşünərsə, Allaha şərik qoşmuş sayıla bilər. Bu düşüncə təhlükəlidir. Yalnız belə bir düşüncə ilə qola qara parça bağlamaq dinlə ziddiyyət təşkil edər. Kərbəla şəhidlərinə matəm saxlamağın simvolu olaraq qola qara parça zolağını bağlamağın isə, yuxarıda qeyd etdiyimiz kimi, heç bir problemi yoxdur.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button