Qüsl alan zaman bədənin çölü və adi vaxtda gözlə görünən hissələri su ilə islanmalıdır. Ağızın içi və burun dəlikləri bura aid deyil. Çünki normal halda bunlar açıqda qalmır. Burun dəliklərinin ətrafı burunla birlikdə yuyulur, içinə su almaq vacib deyil. Qulaq dəliklərinə gəlincə, gözlə görünən hissələr baş ilə birlikdə yuyulmalıdır. Başı yuyan zaman suyu qulaqların iç tərəfinə çatdırmaq yaxud ovuca su alıb qulaqların içini islatmaq kifayətdir. Qadınların qulağında sırğa dəlikləri əgər xırdadırsa və adi halda dəliyin içi görünmürsə, onları da yumaq lazım deyil. Amma sırğa dəlikləri çox geniş olsa və içi görünsə, isladılması lazımdır.
Əlaqəli məqalələr
Şərhlər