İslam suallarda

İnsan öldükdən sonra və ya dəfn edildiyi gecə öz aqibətinin necə olacağını, cənnətə ya cəhənnəmə düşəcəyini bilirmi?

Oxucu sual verir

Dini inanca görə, dəfnin ilk gecəsində Nəkir və Münkir adlı iki sorğu mələyi qəbrə daxil olub, insana bəzi suallar verir. Bu suallara cavabından asılı olaraq, insanın qəbir həyatının necəliyi müəyyən olunur. Ya onun ruhu axirətə kimi nisbətən rahat bir şəraitdə qalır, ya da ağır bir şəraitdə axirəti gözləyir. Bunu təsvir edən hədislərdə deyilir ki, ölünün qəbrinə cənnətdən ya cəhənnəmdən pəncərə açılır. Bununla belə, insanın dəqiq aqibəti axirət günündə məlum olacaq. Onun əməlləri mizan tərəzisində çəkiləcək, müqəddəslərin şəfaəti nəzərə alınacaq. Bundan sonra həmin insan ya birbaşa cənnətə göndəriləcək, ya öz günahlarını təmizləmək üçün müvəqqəti əzaba məhkum ediləcək, ya da əbədi olaraq cəhənnəmə salınacaq.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button