İslam suallarda

Mağazadan (bazardan) alınan ət, toyuq və balıq məhsullarının halallığını yoxlamadan yemək olarmı?

Oxucu sual verir

Şəriətə əsasən, müsəlman ölkəsində bazardan müsəlman şəxsin satdığı ət məhsulunu alıb yemək icazəlidir. Bu zaman əgər heyvanın halal kəsilməsinə şübhə yaradan bir hal yoxdursa, əlavə araşdırma aparmağa ehtiyac yoxdur. Balıq da əgər bazarda müsəlman tərəfindən satılırsa və onun şəriətə zidd formada ovlandığını düşünməyə əsas yaradan əlamət yoxdursa, bu halda soruşulmadan yeyilməsi icazəlidir. Toyuq məhsullarına gəlincə, əgər müsəlman şəxs özünün və ya başqa müsəlmanın kəsdiyi toyuğu satırsa, onu almaqda heç bir maneə yoxdur. Amma broyler məhsulu olan toyuqları almazdan əvvəl yaxşı olar ki, onun şəriətə uyğun kəsilib-kəsilmədiyi araşdırılsın. Çünki bəzi broyler şirkətlərinin kəsim şəraitləri fərqlidir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button