İslam suallarda
Dəfn və qəbir ziyarəti zamanı gülab paylamaq, gülabın qalığını qəbirin üstünə səpmək icazəlidirmi?
Oxucu sual verir
Dəfn və qəbir ziyarəti ənənələrinə görə, toplaşan camaata gülab paylanılır. Gülabı adətən adamların ovcuna səpirlər. Gülabı alan şəxs də onu üzünə çəkir və salavat deyir. Əlbəttə, bu işdə hər hansı maneçilik yoxdur. Əksinə, ətirdən istifadə etmək İslamda bəyənilir. Üstəlik, bu, digər bir savab işə – Peyğəmbərə salavat söyləməyə vasitə olur. İslam ənənəsinə görə, gül Həzrət Mühəmməd Peyğəmbərin (s) simvolu sayılır. Gülün ətrini iyləyəndə adətən salavat söyləyirlər. Gülab paylayan zaman salavat deyilməsinin də səbəbi yəqin ki budur. Gülabın qalığını qəbirin üzərinə səpmək də icazəlidir, bunda dinimizlə hər hansı uyğunsuzluq yoxdur.