İslam suallarda
Yumurtanı sındırarkən içində qan görünərsə, həmin yumurtanı yemək olarmı?
Oxucu sual verir
Bəzən yumurtanı sındırdıqda içində müəyyən miqdarda qanın olduğu aşkara çıxır. Bu zaman əgər qan olan hissəni ayırıb götürmək mümkündürsə, bunu etmək lazımdır. Yumurtanın ağındakı qan götürüldükdən sonra yerdə qalan hissə pakdır və yeyilməsi icazəlidir. Əgər qan az miqdarda olsa, belə ki, qarışdıqda yumurtanın ağında qanın olması sezilməsə, bu halda da həmin yumurtanı bütövlükdə yemək izacəlidir. Əgər qan yumurtanın sarısında olsa (hətta zərrə miqdarda da olsa), bu halda yaxşı olar ki, həmin yumurta yeyilməsin. Sonuncu halda yumurtanı yeməkdən çəkinmək mütləq şəkildə haram deyil, təmiz hissəni yemək də olar, amma ehtiyat naminə bütünlükdə yumurtanı yeməkdən çəkinmək daha yaxşıdır.