İslam suallarda

Lənət etmək olarmı?

Oxucu sual verir

Lənət Allahın mərhəmətindən və nemətlərindən məhrum olmaq deməkdir. Bütün varlıq aləmi ilahi rəhmətə və ilahi nemətlərə möhtacdır. Bunlardan məhrum olmaq ən böyük bədbəxtlikdir. Lənət etmək öz-özlüyündə günah deyildir. Quranda kafirlərə (Bəqərə, 89; Əhzab, 64), İblisə (Sad, 78), münafiqlərə (Əhzab, 60-61), zalımlara (Hud, 18), yer üzündə fəsad yayanlara və qohumlarla rabitəni kəsənlərə (Mühəmməd, 22-23) lənət deyilir. Həmçinin, Quran ayələrindən məlum olur ki, Allah, mələklər və bütün insanlar kafir və zalım dəstələrə lənət edərlər (Ali-İmran, 87). Buradan aydın olur ki, bəzi radikal cərəyanların iddia etdiyi kimi, lənət etmək bütünlükdə günah deyil. Amma lənətə layiq olmayan şəxsə lənət oxumaq günah işdir. İnsan nə qədər qəzəbli olsa da, haqq-ədaləti qorumalı və layiq olmayan şəxsə lənət deməməlidir. Bir möminə lənət demək Allahın qəzəbinə səbəb olar. Yerli-yersiz lənət oxumaq və bəd-dua etmək son dərəcə bəyənilməz işdir, dilə aid olan günahlardandır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button