DünyaXəbərlər

ABŞ-da kilsəyə hücumda ölənlərin sayı 4-ə çatıb

ABŞ-ın Miçiqan ştatının Qrand Blank şəhərində atışma nəticəsində ölənlərin sayı 4-ə çatıb.

8 nəfərin xəsarət aldığı hadisəni törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən zərərsizləşdirilib. Polisin məlumatına görə, 40 yaşlı Tomas Ceykob Sanford avtomobilini kilsəyə çırpdıqdan sonra içəri girərək ibadət edənlərə atəş açmağa başlayıb. Daha sonra o, kilsəni yandırıb.

Daha çox göstər
Back to top button