Aktualİslam dünyasıXəbərlər

On ikinci İmam Mehdinin (ə) mövlud gecəsidir

Bu gecə, şaban ayının 15-inə (bu il fevralın 4-nə) keçən gecə 12-ci İmam Mehdinin (ə) mövlud gecəsidir.

İmam Mehdi (ə) hicri-qəməri təqvimi ilə 255-ci ilin şaban ayının 15-də, (miladi tarixi ilə 868-ci ildə) Samirrra şəhərində müsəlmanların 11-ci imamı Həsən Əsgərinin (ə) ailəsində anadan olub. 12-ci imamın adı Mühəmməd olsa da, o daha çox Mehdi, Qaim və Sahibəzzaman ləqəbləri ilə məşhurdur.

Atası şəhadətə çatdıqda imam Mehdinin (ə) beş yaşı olmasına baxmayaraq, cənazə namazını məhz o qılıb. Bundan sonra isə 12-ci imamın qeyb dövrü başlayıb. Allahın çoxsaylı möcüzələrindən biri də imam Mehdinin (ə) günümüzə qədər ömür sürməsidir. Onun daha neçə il gözlərdən uzaq yaşayacağı, nə vaxt Allahın Quranda buyurduğu vədə yerinə yetəcəyi və onun zühuru baş verəcəyi bəlli deyil.

“Xilaskar” inancı bütün səmavi dinlərdə mövcuddur. Lakin İslam bir din olaraq kamil surətdə Allah tərəfində nazil edildiyi kimi, İslamdakı “xilaskar ” inancı da kamildir.

İmam Mehdinin (ə) mövlud günü münasibəti ilə sizi təbrik edir, sizə mübarək Zühura şahidlik etməyi diləyirik!

Daha çox göstər
Back to top button