
ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində yerləşən məsciddə atışma baş verib. Hadisə nəticəsində azı bir nəfər ölüb, bir nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli WBNS telekanalı məlumat yayıb.
ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr Bürosunun yerli bölməsi hadisə yerinə əməkdaşların göndərildiyini bildirib.
Yaralının vəziyyəti barədə hələlik məlumat verilmir.
Polis hadisənin məscidə qarşı məqsədli hücum olmadığını ehtimal edir. Hadisənin səbəbləri araşdırılır.






