İslam suallarda

Müzdəlifə harada yerləşir və müsəlmanlar üçün hansı əhəmiyyəti kəsb edir?

Müzdəlifə həcc mərasimində haciların getdiyi və Qurban bayramına keçən gecə qaldıqları məkanın adıdır. Məkkə şəhərindən cənub-şərqdə, Ərəfatla Mina arasında, Minadan təqribən 5 km. məsafədə yerləşir. Bura həm də Məşərül-həram deirlər. Qurani-Kə­rimdə də bu ərazi həmin adla adlan­dırılıb (Bəqərə, 198). Müzdəlifənin hüdudları Ərə­fatın çıxışında yerləşən dar keçiddən sonra başlayır və Mühəssər vadisinə kimi davam edir.

Müzdəlifədə qalmaq (vəqfə etmək) həccin vacib əməllərindəndir. Hacılar zil­hiccə ayının 9-da axşamçağı Ərəfatdan Müz­dəlifəyə gəlir, gecəni burada keçirir və er­təsi gün Minaya yola düşürlər. Şeytanı sim­volizə edən sütunlara (cəmərat) atılacaq xır­da daşları da adətən, Müzdəlifədən toplayırlar.

Daha çox göstər
Back to top button