Вопрос-ответ
Aleykumussalam.
Verdiyi nemətlərə şükür niyyəti ilə sübh namazı kimi iki rükət namaz qılın.
O həzrətin yolunu getməyə çalışmalıyıq. Yuxuda isə,( əgər düzgün olsaq özü lütf edər.
Allah sizə yar olsun
Aleykumussalam.
Kamil hicaba riayət olunursa, günah deyil. Əlbəttə qeyd edək ki cadra ən kamil hicab növüdür.
Allah sizə yar olsun
Aleykumussalam.
Xeyr, belə şeylər istixarəyə aid məsələ deyil.
Allah sizə yar olsun
Aleykumussalam.
Xeyr burada hörmətsizlik yoxdur.
Allah sizə yar olsun
Aleykumussalam.
Xeyr, tərkibində şəri cəhətdən nəcis sayılan bir şeyin olması sabit deyilsə,nəcis sayılmaz.
Allah sizə yar olsun
Aleykumussalam.
Namazın şəkillərini düzəltmək üçün səhf səcdəsi etmək ya ehtiyat namazı qılmaq, insanın kefi ilə olmur. Müəyyən qaydalar var. Onlara əsasən əməl olunacaq. Hansı səhflər səhf səcdəsi, hansılar ehtiyat namazı ilə düzəlməsi qaydalara əsasəndir. Bunları mütləq oxuyub öyrənin. Bunları hər bir müctəhidin risalə kitablarında qeyd olunub.
Kişinin belinin açılması isə namazı pozmaz.
Allah sizə yar olsun
Aleykumussalam.
Həzrət Fatimeyi Zəhra xanımın əza günləri sayılan əyyam, oktyabrın 23 dən noyabrın 13 nə qədərdir.
Allah sizə yar olsun
Aleykumussalam.
İlk olaraq bilmək lazımdır ki, Allahdan gizlin heç nə yoxdur və olması da mümkün deyil. Bu birmənalıdır.
Sizin Allah ilə bagliliginiza gəldikdə isə, bu sizin özünüzə bağlı bir məsələdir. Özünüz özünüzü test edin. Günün 24 saatının necə dəqiqəsində Allah ilə olursunuz?
Allah sizə yar olsun
Aleykumussalam.
Bir şeyin uzərində halal yazılması onun halallığı üçün dəlil deyil.
Allah sizə yar olsun
Aleykumussalam.
Hörmətli xanim siz niyə bu qədər aqressiv yanaşırsınız. Bu fikirləriniz çox pis fikirlərdir və namaz qılan xanıma heç yaraşmır. Xanımlar bilməlidirlər ki, qaynana dedikləri qadın,onun sevdiyi kişinin anasıdır. Onu dünyaya gətirib, ilk günlərindən əziyyətini cəkib, canını əridib övladını böyüdüb. Xanim bir oğlana sahib olursa, onu böyüdən anaya həmişə təşəkkür etməlidir. Həmçinin ikinci məsələ isə xanımın tersliyi və inadı oğul ilə ana arasında problem yarada bilər. Həmçinin qız öz anasına hörmət qoyursa, ərinin də anasına həmin hörməti qoymalıdır. Nəhayət bilmək lazımdır ki, həmin gənc xanim sabah özü oğluna bir qız alacaq və qaynana olacaq.
Siz hələ bir il olmamış belə xətt tutmusunuzsa bu ailənizdə böyük problem yaradacaq və hətta boyuklərinizin arasında problem yaşanacaq. Bu heç də yaxşı sonluq olmayacaq. Boşanmağı isə bu qədər asan və ucuz tutmayın, ağılsız bəzi qadınların boş boş təbligatlarina uymayın.
Ailənizi sevin və qoruyun. Böyüklü kicikli ailəni tam bilin və qoruyun.
Allah sizə yar olsun