İslam suallarda

Dəməşqdə və hətta Misirdə İmam Hüseynin (ə) başının dəfn edildiyi deyilən ziyarətgah vardır. Bu ziyarətgahlar etibarlıdırmı?

Oxucu sual verir

İmam Hüseynin (ə) şəhid olduqdan sonra mübarək başının harada dəfn edildiyi barədə tarixçilər arasında fikir ayrılığı vardır. Əksər şiə alimləri bu fikirdədir ki, kəsilmiş başlar əsirlər karvanı ilə birlikdə Şama (Dəməşqə) aparılmışdı. Bir müddət sonra əsirlər geri qayıdanda İmam Zeynülabidin (ə) şəhidlərin başlarını da Yeziddən alıb özü ilə gətirdi və İmam Hüseynin (ə) başını Kərbəlada, cənazəsinin yanında dəfn etdi.

Əsasən əhli-sünnə alimləri tərəfindən müdafiə edilən nəzəriyyələrin birinə görə, şəhidlərin, o cümlədən İmam Hüseynin (ə) başı Dəməşqdə basdırılmışdır, orada Rəsül-Hüseyn adlı ziyarətgah da vardır. Başqa nəzəriyyəyə görə, səlibçilər Dəməşq şəhərini ələ keçirəndə Fatimi əmiri İmam Hüseynin (ə) başını oradakı məzardan götürüb, Suriyanın müsəlmanlara məxsus olan Əsqəlan şəhərinə aparıb dəfn etmişdi. Bir nəzəriyyə mübarək başın daha sonralar Əsqəlandan Misirə, Qahirə şəhərinə daşındığını bildirir. Hazırda Qahirədə də İmam Hüseynin (ə) başının dəfn edildiyi iddia olunan ziyarətgah mövcuddur. Daha bir nəzəriyyəyə görə isə, İmamın başı Dəməşqdən Mədinəyə göndərilmiş və Bəqi məzarlığında torpağa tapşırılmışdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button