Dinimiz hər kəsin səliqəli və təmiz olmasını təşviq edir. Əxlaqa və sosial nizama əks olmamaq şərti ilə təmizlik və səliqəyə riayət etmək insanın müsəlmanlıq borcudur. Qadınların adi təmizlik və səliqə məqsədilə qaş və üz aldırması qadağan deyil. Burada əsas şərtlərdən biri niyyətdir. Əgər qadın sadəcə səliqəli görünmək məqsədi ilə adi səviyyədə qaşını və üzünü aldırırsa, dinimiz buna qadağan qoymur. Lakin bu işi bəzək səviyyəsinə qaldırsa, naməhrəmlərin gözündə yaraşıqlı görünmək, insanları özünə cəlb etmək məqsədini güdsə, vəziyyət dəyişir. Bəzi qadınlar qaş aldırmaq adı altında fərqli bəzək üsullarından istifadə edirlər (məsələn, qaş tatusu və s.). Bu hərəkət qaş aldırmaq yox, bəzək vurmaq sayılır. Bəzəyi isə naməhrəmlərdən gizlətmək lazımdır. Əgər qadın adi səliqə tədbirlərini bəzək səviyyəsinə qaldırsa və bunu naməhrəmlərə də göstərsə, günah etmiş olur.
Əlaqəli məqalələr
Şərhlər