İslam suallarda

Müqəddəs yerlərdə basdırılmaq üçün əmanət qoyulmuş meyiti uzun müddətdən sonra qəbirdən çıxarmaq və müqəddəs məkana aparıb dəfn etmək icazəlidirmi?

Oxucu sual verir

Bəzən dünyasını dəyişən şəxs cənazəsinin müqəddəs məkanların birində dəfn edilmsini vəsiyyət edir. Bu ənənə qədimlərdən bəri müxtəlif ölkələrdə, o cümlədən, Azərbaycanda da mövcud olmuşdur. Yolun uzaqlığı, əmin-amanlıq olmaması və digər səbəblər üzündən cənazənin müqəddəs şəhərə daşınması mümkün olmadığı üçün, onu öz vətənində “əmanət” qoyur, sonralar imkan yarananda müqəddəs məkana aparırdılar. Hətta bu işi yerinə yetirən xüsusi adamlar var idi, onlar ziyarətə adam aparanda əmanət ölülərin sümüklərini də özləri ilə aparıb dəfn edirdilər. Adətən, cənazələrin Nəcəfdə və ya Kərbəlada dəfn edilməsi üçün əmanət qoyulması halı daha çox yayılmışdı. O zamanın müctəhidləri buna icazə versələr də, hazırki müctəhidlərin bəziləri (o cümlədən Ayətullah Seyyid Sistani) bu əməli icazəli saymır. Əgər şəxs ölümündən bir müddət sonra cənazəsinin müqəddəs məkana aparılmasını vəsiyyət edibsə, dəfndən az ya çox müddət keçməsinə baxmayaraq qəbri açmaq olmaz. Hətta əmanət olaraq sənduqənin içində şəriətə uyğun şəkildə qoyulmuş meyitlərə də bu şamildir. Amma əgər şəxs ölərkən onu müqəddəs məkanda dəfn etmək üçün imkan varsa, amma ölünün yaxınları bilməməzlik üzündən və ya qəsdən onun vəsiyyətinə əməl etməzlərsə, o halda, cənazəyə hörmətsizlik olmaması və nəqliyyat zamanı cənazənin dağılmaması şərti ilə qəbri açıb meyiti çıxarmaq və müqəddəs məkana aparıb orada torpağa tapşırmaq olar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button