İslam suallarda

İmam Hüseynin (ə) qəbrini viran edən Abbasi xəlifəsi Mütəvəkkilin sonu necə olub?

Oxucu sual verir

Tarixdən məlumdur ki, Abbasi xəlifəsi Mütəvəkkil Kərbəlada İmam Hüseynin (ə) məqbərəsini dağıdıb yerlə-yeksan etdirmişdi. Onun əmri ilə yəhudilərdən ibarət fəhlələr məzarın üzərindəki türbəni sökmüşdülər, amma məzarın özünü dağıtmaq onlara nəsib olmamışdı. Belə ki, qəbri dağıdıb torpağı şumlamaq üçün ayrılmış heyvanlar məzara yaxınlaşan kimi sanki gözəgörünməz bir qüvvə onları oradan qovub uzaqlaşdırırdı. Hətta Fərat çayının suyunu qəbrin üzərinə yönəltmək cəhdi də uğursuz alındı, su məzarın ətrafında divar kimi yuxarı qalxdı və İmamın qəbrinə ziyan yetirmədi. Mütəvəkkli insanları İmam Hüseynin (ə) ziyarətindən uzaqlaşdırmaq üçün əlindən gələni edirdi. O, əmr vermişdi ki, ziyarətə gedənləri döyüb geri qaytarsınlar, müqavimət göstərənləri öldürsünlər.

Mütəvəkkilin bu hərəkəti Əhli-beyti sevənlər tərəfindən hiddətlə qarşılandı. Xalq onun əleyhinə divarlara şüarlar yazır, şairlər onu həcv edirdilər. Az sonra Mütəvəkkil özü faciəli şəkildə oğlu tərəfindən öldürüldü. Bəzi mənbələrdə Mütəvəkkilin oğlu Müntəsirin Əhli-beytə sayğı ilə yanaşdığı və Kərbəlaya etdiyi təhqirlərə görə atasından intiqam aldığı yazılır.

Bir sıra mənbələrdə isə bildirilir ki, hicri 247-ci (miladi 861-ci) ildə Mütəvəkkil sarayda qurduğu kef məclisində içib sərxoş olduqdan sonra xilafətin bir neçə məşhur sərkərdəsi ona sui-qəsd edərək öldürdülər və Mütəvəkkilin yerinə oğlu Müntəsir keçdi.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button