İslam suallarda

Quran açdırmaq icazəlidirmi?

Oxucu sual verir

Əvvəla, bunu qeyd edək ki, dinimizdə istixarə deyilən əməl icazəlidir. Məntiqi düşüncə ilə cavabı tapılmayan bir məsələni həll etmək üçün Allahın yol göstərməsini umaraq Quran və ya təsbeh vasitəsilə istixarə edilir. Yəni insan bir işi etmək və etməmək arasında qərarsız qalıbsa, bu iki yoldan hansı birinin daha xeyirli olacağını bilmək üçün Quran və təsbeh vasitəsilə Allahdan kömək istəyir. İstixarənin öz qaydaları vardır və yalnız o qaydalar daxilində düzgün cavab alınacağı mümkündür.

Lakin günümüzdə Quran açdırmaq kimi təqdim edilən əməllər əksər hallarda istixarə yox, faldan ibarət olur. İnsanların dini hisslərindən sui-istifadə edən bəzi fırıldaqçılar özlərini Quran açan dindar kimi təqdim etsələr də, əslində fala baxırlar. Onların yanına gedənlər də iki yoldan birinin xeyirli olduğunu öyrənmək üçün yox, gələcəyi bilmək üçün müraciət edirlər. Bu cür əməllər batildir, falçılıqla məşğul olmaq, onlara inanmaq, onların yanına getmək günahdır. Bu işə Quran vasitəsilə haqq qazandırmaq cəhdi düzgün deyil. Dindar şəxslərə tövsiyəmiz budur ki, bu şəkildə Quran açdırmaqdan uzaq dursunlar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button