İslam suallarda

Qurani-Kərimdə İmam Mehdi (ə) ilə bağlı ayə varmı?

Əvvəldə bunu qeyd edək ki, əksər dinlərdə dünyanın sonuna yaxın bir şəxsin zühur edərək zülmün kökünü kəsəcəyi və dünyanı ədalətlə idarə edəcəyi barədə inanc mövcuddur. Xüsusilə, Tövrat, İncil kimi səmavi kitablarda buna işarələr çoxdur.

Qurani-Kərimdə birbaşa İmam Mehdinin (ə) adı çəkilməsə də, bir çox ayələrin mehdilik inancı haqqında nazil olduğu məlumdur. Məsum imamlarımız, böyük alimlərimiz bəzi ayələri təfsir edərkən, bunların İmam Mehdinin (ə) zühuruna aid olduğunu söyləmişlər. Mehdi mövzusundakı ayələrin sayı barədə məlumatlar fərqlidir, onların sayını 70-dan artıq, hətta 100-dən artıq yazanlar vardır.

Mehdilik mövzusuna sübut kimi gətirilən ən məşhur ayələrə bunları misal çəkə bilərik: Ənbiya 105, Qəsəs 5, Nur 55, Nisa 69, İsra 33, Nəml 62 və s. Bu ayələrin əksəriyyətində dünyanın sonuna yaxın yer üzərində hakimiyyətin möminlərə veriləcəyi, saleh bəndələrin dünyaya hakim olacağı, zəif və əzilən insanların qüdrətə yetəcəyi buyurulur.

Qeyd edək ki, bu ayələrin İmam Mehdiyə (ə) aidliyi barədə müsəlman alimləri arasında fikir ayrılıqları vardır, əsasən şiə mənbələrində bu barədə ətraflı məlumatlar verilib.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button