İslam suallarda

İlk məscid hansıdır və harada yerləşir?

Oxucu sual verir

İslam inancına görə yer üzündə ilk insan Adəm (ə) həm də peyğəmbər olduğu kimi, tikilmiş ilk bina həm də məscid olmuşdur. Belə ki, Həzrət Adəm (ə) Kəbə evini ibadət ocağı olaraq inşa etmişdir.

Həzrət Mühəmməd Peyğəmbərə (s) vəhy verildikdən, yəni İslam şəriəti göndərildikdən sonra Məkkədə yaşayan ilk müsəlmanlardan bəziləri öz evini məscid etmişdilər, yəni müsəlmanlar onların evinə gizli şəkildə toplaşır, dini vəziyyəti müzakirə edir və namaz qılırdılar. Bunu edən ilk şəxsin Əmmar ibn Yasir olduğunu yazırlar. Həzrət Mühəmməd Peyğəmbərin (s) hicrətinə kimi Məkkədə İslam dini gizli yayıldığı üçün ayrıca məscid binası tikməyə imkan yox idi. Hicrət zamanı müsəlmanlar əvvəlcə Mədinə şəhərinin girəcəyindəki Quba kəndində bir neçə gün qalıb gözləmişdilər. Bu zaman Peyğəmbər (s) Qubada ilk məscidin tikilməsinə göstəriş verdi. Bu gün də Quba məscidi İslam tarixində ilk ibadət ocağı sayılır. Müsəlmanlar Mədinəyə daxil olduqdan sonra burada Məscid əl-nəbi (Peyğəmbər məscidi) inşa edildi.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button