İslam suallarda
Qurani-Kərimin Maun surəsindəki “namaza səhlənkar yanaşanlar” kəlməsində kimlər nəzərdə tutulub?
Oxucu sual verir
Qurani-Kərimin Maun surəsində buyurulur: “Vay halına o namaz qılanların ki, öz namazlarından qafildirlər” (Maun, 4-5). Burada kimlərdən söhbət getməsi barədə təfsir kitablarında ətraflı və fərqli məlumatlar verilib. Ayəni şərh edən bəzi hədislərə və bunlara izah verən alimlərə görə, namaza hər hansı növdə sayğısızlıq bura aiddir. Məsələn, namazları bəzən qılıb-bəzən qılmamaq, qəzaya vermək, namazı vaxtın əvvəlində qəsdən qılmayıb sonraya saxlamaq. Eləcə də, namaza qarşı diqqətsizlik etmək, yəni namaz əməllərini səliqəsiz yerinə yetirmək, diqqəti kənara yayındırmaq və s. də namaza qarşı hörmətsizlik sayılır və ayənin hökmü bunlara da şamildir.