İslam suallarda

Namazda taxta döşəmənin üzərinə səcdə etmək olarmı?

Oxucu sual verir

Namaz zamanı nəyin üzərinə səcdə etmək lazım gəldiyi mövzusunda məzhəblər arasında fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbində bu mövzuda məhdudiyyət az olduğu halda, şiə məzhəbinə görə, hər maddənin üzərinə yox, torpaq, qum, daş-kəsək, taxta, həsir və s. üzərinə səcdə etmək olar. Səcdə edilən maddələr arasında torpaq ilk yerdə durur. Torpaqlar içində isə müqəddəs məkanların türbəti, xüsusilə, Kərbəla torpağı və bundan hazırlanmış möhür daha üstün sayılır. Şiə məzhəbinə görə taxtanın üzərinə də səcdə etmək iczəlidir. Lakin taxtanın üzəri qoruyucu maddə ilə örtülmüş olmamalıdır. Taxta döşəməyə lak və ya rəng çəkilməyibsə, namaz zamanı alını onun üzərinə qoymaq olar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button