İslam suallarda

Kəlmeyi-şəhadəti söyləyib ölən şəxs mömin kimi dünyadan köçmüş olur?

Oxucu sual verir

Dini mətnlərdə yazılır ki, dünyasını dəyişən şəxsin can verərkən imkan daxilində kəlmeyi-şəhadəti söyləməsi müstəhəbdir. İnanca görə, bunu edən zaman şeytan can verən adama yaxın düşmür, onu aldadıb Allahdan uzaqlaşdırıb öz tərədinə çəkə bilmir. Buna görə can verən şəxsin başı üstə duranların ona kəlmeyi-şəhadəti təlqin etmələri, yəni özləri kəlmeyi-şəhadəti söyləyərək, can verən adamın bunu təkrar etməsinə çalışmaları bəyəniləndir. Dinimizə görə, yaxşı olar ki, insan yatmazdan əvvəl də kəlmyi-şəhadəti söyləsin, çünki ölüm yuxu halında da gələ bilər. Lakin bütün bunlar o demək deyil ki, ölməzdən əvvəl kəlmeyi-şəhadəti söyləməyən və ya söyləməyə imkan tapmayan adamlar dünyanı qeyri-mömin şəklində tərk edirlər. İnsanın axirətini hər şeydən əvvəl onun əqidəsi və əməlləri müəyyən edir. Bunu da unutmayaq ki, Allah öz sevimli bəndələrinə adətən ölümdən əvvəl kəlmeyi-şəhadəti söyləməyi nəsib edir; lakin bir daha təkrar edirik ki, bu mütləq deyil.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button