İslam suallarda

Şeyx Bəhai ilə bəhailər arasında əlaqə olubmu?

Oxucu sual verir

Bəhai təlimi XIX əsrdə “Bəhaullah” ləqəbli Mirzə Hüseynəli Nuri (1817-1892) adlı şəxs tərəfindən yaradılmışdır. Bəhailik özündən əvvəlki bir çox dinlərin, eləcə də, babiliyin əqidə əsaslarını və şəriət hökmlərini öz daxilində birləşdirən, sintez edən müstəqil kosmopolit din sayılır. Bəhailər müsəlman hesab edilmirlər və İslam nöqteyi-nəzərindən bəhailik batil bir inancdır.

Şeyx Bəhai adlı alimin adı ilə “bəhailik” sözü arasında oxşarlıq olsa da, bunların bir-biri ilə heç bir əlaqəsi yoxdur. “Şeyx Bəhai” kimi tanınan alimin əsl adı Məhəmməd ibn Hüseyn Amilidir, ləqəbi isə “Bəhaüddin”dir. O, 1547-ci ildə indiki Livan ərazisində anadan olmuş, İrana köçərək Səfəvi sarayında xidmət etmiş, 1622-ci ildə İsfahan şəhərində rəhmətə getmişdir. Şeyx Bəhai cəfəri əqidəsində olmuş, şiə məzhəbinin inkişafına çalışmış, bu istiqamtdə dəyərli əsərlər qələmə almışdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button