İslam suallarda

Bir şəxs qonaq getdiyi yerdə sübh namazının dəstəmazını almaq üçün otaqdan çıxdıqda ev sahibini narahat edəcəyindən qorxursa, otaqda təyəmmüm edib namazı qıla bilər?

Oxucu sual verir

Hər kəsin ən vacib borclarından biri şəriətdə buyurulmuş vacib və haramlara riayət etmək, öhdəsinə düşən ibadətləri vaxtında və lazımi qaydada yerinə yetirməkdir. Şəriət hökmlərini icra etmək üçün müəyyən üzürlü hallarda yüngülləşdirici şərtlər nəzərdə tutulur. Lakin dəstəmaz almaq üçün insanlardan utanmaq bu istisna hallara aid deyil. Heç bir halda başqasından utanmaq və ya başqasını narahat etməmək naminə dəstəmazdan vaz keçmək olmaz; bu əsassız bəhanədir. Əgər ev sahibi onun evində qonağın namaz qılmasına etiraz etməyibsə, qonaq ədəb şərtlərini gözləmək şərti ilə dəstəmaz məkanına keçib dəstəmaz almalı və namazını qılmalıdır. Əlbəttə, ev əhlini narahat etməmək üçün sakit davranmaq şərtdir. Digər məsələ budur ki, əgər qonaq otaqdan çıxmasa, düzgün təyəmmüm alması da mümkün olmayacaq. Təyəmmümü torpaq, qum, daş üzərinə etmək lazımdır. Bəziləri xalça-palazın üzərinə təyəmmüm etməyin icazəli olduğunu düşünürlər. Halbuki, xalça-palazın üzərində çoxlu toz-torpaq olduğu halda təyəmmüm etmək icazəlidir. Bu isə müasir evlərdə demək olar ki, mümkün deyildir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button