İslam suallarda

Ölmüş şəxsin ruhunun öz evini ziyarət etməsi mümkündürmü?

Oxucu sual verir

Məlumdur ki, insan öldükdən sonra onun maddi bədəndəki həyatı bitir, amma ruh ölmür və öz varlığını davam etdirir. Ölümdən sonra insanın hansı vəziyyətdə, harada olması barədə məlumatlar az və ziddiyyətlidir, çünki bu məlumatlar təcrübəyə əsaslanmayan, metafizik biliklər qismindəndir. Dini mənbələrdəki bəzi məlumatlara görə, dünyasını dəyişmiş insanların bir qisminə ruh aləmində səfərlər etməyə icazə verilir. Onlar bəzi günlərin bəzi saatlarında öz dəfn edildikləri məzarın yanına, habelə, vaxtilə yaşamış olduqları evə gedə bilirlər. Bu səfərlərin sayı mərhumun axirət aləmindəki vəziyyətindən asılıdır. Belə ki, bəzi ölülərə bu cür icazələr ümumiyyətlə verilmir, bəzilərinə isə az və ya çox dərəcədə verilir. Ölmüş şəxsin ruhu, təbii ki, hadisələrə heç bir müdaxilə imkanına sahib olmadan, sadəcə seyrçi qismində öz qohumlarını kənardan müşahidə edə bilir. Bir daha təkrar edirik ki, bu barədə biliklər ziddiyyətli və fərqlidir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button