İslam suallarda

Niyə şəriət hökmlərində təqlid etmək lazımdır, əqidə məsələlərində isə yox?

Oxucu sual verir

Sağlam məntiqə əsasən, insan bilmədiyi məsələləri bir mütəxəssisdən soruşub öyrənməlidir. Əqidə məsələləri ilə bağlı əsas mövzuları öyrənmək bacarığını Allah-Taala hər kəsin daxilində fitri şəkildə yerləşdirib. Yəni hər bir şüurlu adam, savadından asılı olmayaraq Allahın varlığını anlayıb dərk edə bilər, bunun üçün lazımi sübutları müşahidə nəticəsində tapar. Buna görə də üsulu-dini qəbul etmək üçün kiməsə təqlid etməyə ehtiyac yoxdur, hətta bu məsələdə başqasına təqlid etmək bəyənilmir. İnsan öz ağlı və məntiqi ilə üsulu-dinin maddələrini anlamalı və iman gətirməlidir. Amma üsulu-dinin xırda məsələlərində alimlərin sözünə əsaslanmağın eybi yoxdur. Məsələn, Allahın varlığına və təkliyinə müstəqil şəkildə iman gətirdikdən sonra Allahın sifətlərini dini kitablardan öyrənmək olar. Şəriət hökmlərində isə vəziyyət fərqlidir. Bu hökmləri hər kəs müstəqil şəkildə əsaslandırmaq bacarığına malik deyil. Məsələn, namazın qılınma qaydası, halal və haram qidalar, ticarətin hökmləri və s. bilmək üçün Qurana, hədislərə mükəmməl şəkildə bələd olmaq lazımdır. Bunu bilən alimlər (müctəhidlər) vardır, qalan insanlar bu kimi məsələlərdə onların fətvalaına əməl etməlidirlər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button