Paltaryuyan maşında paltar yuyulub çıxarılandan sonra maşının barabanını pak etmək lazımdırmı?
Oxucu sual verir
![](/wp-content/uploads/2022/07/w-land-intro-780x470.jpg)
Şəriətə əsasən, nəcasətə bulaşmış paltar paltaryuyan maşında (təmizləyici vasitə ilə) yuyulduqdan sonra iki dəfə adi təmiz su ilə isladılıb sıxılsa, pak sayılar. Şəriətin təharət bölümündə nəcasətə bulaşmış əşyaların “təbəiyyət”, yəni tabeçilik adlı üsulla pak edilməsi qeyd edilib. Mənası budur ki, bir əşyanı nəcasətdən pak edən zaman ona bitişik olan başqa əşya da ona tabe olduğu üçün pak olur. Məsələn, nəcasətə bulaşmış paltarı yuyan zaman paltar pak sayılan zaman insanın əli də onunla birlikdə pak olur. Çünki əl də paltarla birlikdə yuyulurdu, paltarın hökmü ələ də şamil olur. Eləcə də, paltaryuyan maşının içindəki paltar şəriətdə göstərilən qaydalar daxilində düzgün şəkildə yuyulub paklansa, paltaryuyan maşının suya bulaşmış hissələri də paltarla birlikdə pak olur. Beləliklə, paltarı şəriətə uyğun şəkildə yuyub pak etdikdən sonra paltaryuyan maşını bir daha pak etməyə ehtiyac yoxdur.