İslam suallarda

Bir qız indiyə kimi ona elçi düşən heç kimi bəyənməyib və ərə getməyib. Ona deyirlər ki, bəxti bağlanıb. Bu söz düzdürmü?

Sehr və cadunun mümkünlüyü barədə alimlərin görüşləri fərqlidir. Bəziləri bunu mümkün sayır, bəziləri isə gözbağlıca və fokus qismindən fırıldaqçılıq hesab edirlər. Hər bir halda, ona cadu edildiyi deyilən şəxslərə bu sözə inanmamağı, Allaha təvəkkül etməyi, çətinliyin həlli üçün dua və ibadətləri artırmağı, xeyir əməlləri çoxaltmağı, çoxlu sədəqə verməyi və falçı, cadugər, “Qurana baxan” adamlara heç zaman müraciət etməməyi məsləhət görürük.
Konkret olaraq, deyilən halda adətən problemin səbəbi fövqəltəbii qüvvələr deyil, ailənin özü olur. İslam müqəddəsləri buyurmuşlar ki, qızlar və onların valideynləri elçi düşən şəxslər barədə araşdırma aparsınlar, amma bu zaman çox vasvasılıq və xırdaçılıq etməsinlər. Münasib bir elçi düşən zaman qızın müsbət cavab verməsi daha məsələhətdir. Bəzən qız və onun valideyni hər cəhətdən ideal oğlanın elçi düşəcəyini gözləyir, real namizədləri ən xırda qüsura görə rədd edirlər. Nəzərə almırlar ki, sonrakı elçi bundan daha artıq problemli ola bilər. Beləcə, qızın ailə qurması üçün əlverişli olan yaş həddini əldən verir, daha sonra isə “qıza cadu olunub, baxtı bağlanıb” kimi bəhanələrə əl atırlar. Adətən, fırıqldaqçı şəxslər bu vəziyyətdə olan ailələrin çarəsizliyindən istifadə edib, problemin həlli üçün külli miqdarda məbləğ müqabilində öz “köməklərini” təklif edirlər. Bu kimi halların səbəbini ailələr kənarda deyil, əksər hallarda özlərində axtarmalıdırlar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button