Peyğəmbər və Əhli-beyt
Özünü başqalarından üstün sayma…
Rəvayət olunur ki, Peyğəmbər (s) səfərdə idi, yemək üçün bir qoyun kəsilməsini əmr etdi.
Yoldaşlarından biri dedi:
“Onu kəsmək mənim boynuma.”
Başqası dedi: “Dərisini soymaq da mənim boynuma.”
Başqa birisi dedi: “Xörəyi bişirmək də mənim boynuma.”
Beləcə hər kəs bir işi öz boynuna götürdü.
Peyğəmbər (s) belə buyurdu: “Elə isə ocaq qalamaq üçün odun yığmaq da mənim boynuma.”
Dedilər: “Ey Allahın Elçisi, biz özümüz odun yığacağıq, daha sizin zəhmət çəkməyinizə ehtiyac yoxdur.”
Həzrət (s) buyurdu: “Bilirəm, amma özümü sizdən üstün saymaq istəmirəm, çünki Allah-Təala özünü başqalarından üstün sayan bəndəni xoşlamır.”
(Müntəhal-amal cild 1, səh.18)