İslam suallarda

“Şaxsey-vaxsey” sözlərinin mənası nədir?

Oxucu sual verir

Məhərrəmlik mövsümündə Kərbəla şəhidlərinin xatirəsi üçün qeyd edilən təziyə məclislərinə xalq içində “şaxsey-vaxsey” məclisi deyilir. Bu sözlərin “şah Hüseyn, vay Hüseyn” ifadəsindən yarandığını qeyd edirlər. Çünmki təziyə məclislərində adətən xorla bu sözlər təkrar edilir, bəzi mərsiyələrin nəqəratını da bu sözlər təşkil edir. Bəzi savadsız insanlar iddia edirlər ki, guya İmam Hüseyni (ə) kimlərsə dövlət başçısı, şah sayırlar; hətta İranda İmam Hüseynin (ə) şah elan edildiyini söyləyənlərə də rast gəlirik. Bu fikirlər kökündən yanlışdır və biliksizlikdən qaynaqlanır. İmam Hüseynin (ə) “şah” adlandırılmasının səbəbi bir çoxlarının anladığı kimi dünyəvi hakimiyyət, taxt-tax deyil, mənəvi rəhbərlikdir. İmam Hüseynin (ə) ləqəbi “seyyidüş-şühəda”dır, yəni şəhidlərin başçısı. Fars dilində bu söz “şahe-şəhidan” şəklinə salınıb, yəni şəhidlərin şahı, rəhbəri. Məhz buna görə o həzrətə “Şah Hüseyn” deyilib. Qeyd edək ki, digər imamlara da bu söz aid edilir. Məsələn, Həzrət Əliyə (ə) təsəvvüf aləmində və poeziyada “Şahi-mərdan” deyilir, yəni mərdlərin, igidlərin başçısı. Bu ifadənin mənbəyi Peyğəmbərin aşağıdakı hədisidir: “Əlidən başqa igid (mərd), Zülfiqardan başqa qılınc yoxdur”. Eləcə də, İmam Rzanı (ə) dəfn edildiyi məkana uyğun olaraq “Şahi-Xorasan” adlandırırlar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button