İslam suallarda

İmam Hüseynin (ə) qatili Şimrin əvvəllər Əhli-beyt tərəfdarı olması barədə deyilənlər düzgündürmü?

Oxucu sual verir

Onun əsl adı Şürəhbil ibn Zilcovşəndir, Həvazin qəbiləsinin Bəni-Kilab qolundandır. Şimr onun ləqəbidir, mənası bacarıqlı, təcrübəli və ya səxavətli deməkdir. Şimr əvvəllər İmam Əlinin (ə) tərəfində olmuş, hətta Siffeyn savaşında onun tərəfində döyüşmüşdü. Amma Müaviyənin əsgərləri Quran vərəqlərini nizələrin ucuna taxdıqdan sonra döyüş dayandıqda Şimr də bir çoxları kimi sülh bağlanmasını tələb etdi, İmam Əli (ə) xəvariclə Nəhrəvan savaşına gedəndə də Şimr ona qoşulmadı. Bundan sonra Şimr Kufədə məskunlaşaraq Əhli-beytə qarşı cəbhədə durdu. İmam Hüseyn (ə) Kərbəlaya gələndə Şimr də İbn Ziyadın ordusuna qoşuldu. O, İmam Hüseynlə (ə) hər cür danışıqları kəsməyin və döyüşməyin tərəfdarı idi, bu canfəşanlığına görə düşmən qoşununun sol cinahının komandanı seçildi. Aşura günündə İmam Hüseynin (ə) başını kəsən şəxsin də Şimr olduğunu yazırlar. Sonralar Muxtarın əsgərləri ilə döyüşmüş, axırda Muxtarın göndərdiyi dəstə tərəfindən öldürülmüşdü. Şimr Həzrət Abbasın anası (yəni Həzrət Əlinin həyat yoldaşı) Ümmül-bəninlə eyni qəbilədən idi.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button