İslam suallarda

Deyirlər ki, 12-ci imamın zühur etməsi üçün 313 nəfər tərəfdarın olması kifayətdir. Məgər hazırda dünyada 313 nəfər həqiqi mömin yoxdur ki, İmam zühur etmir?

Oxucu sual verir

Əvvəla, 12-ci İmamın zühuru üçün şərait təkcə 313 nəfər silahdaşın toplanması ilə məhdudlaşmır. Bunun üçün bəzi sosial-əxlaqi, tarixi-coğrafi hadisələr və proseslər həyata keçməlidir. Zühur əlamətləri barədə kitablarda bunlar ətraflı izah edilib. Qeyd edirik ki, zühur əlamətlərinin sayı çoxdur, bəzi əlamətlər ziddiyyətlidir və bəzilərinin həqiqi olub-olmadığı, simvollar vasitəsilə izahı müzakirə edilir. Zühur əlamətlərinin hamısı reallaşmayınca 12-ci İmamın aşkara çıxması mümkün deyildir.
İmamın 313 nəfər silahdaşı xüsusi seçilmiş şəxslər olacaq. O demək deyil ki, hazırda bütün dünyada bu sayda mömin insan yoxdur. Sadəcə, İmamın bu silahdaşları özəl keyfiyyətlərə sahib olmalı, onun əmrlərini tam ciddiyyətlə icra etmək bacarığına, statusuna və keyfiyyətinə malik olmalıdırlar. Bu xüsuiyyətlərə sahib 313 şəxsin hazırda mövcud olmaması mümkün haldır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button