İslam suallarda

Əgər insan özü sərbəst şəkildə namazın səcdəsini yerinə yetirə bilmirsə, oturmuş halda namaz qıla bilərmi?

Oxucu sual verir

Dinimizdə hər bir çətinlik və problemin həlli üçün yollar təklif edilir. İbadət əməllərini tələb edilən formada yerinə yetirə bilməyən şəxs köməkçi vasitələrdən və ya yüngülləşdirici üsullardan istifadə edə bilər. Əgər insan səcdəyə getməyə və səcdədən qalxmağa çətinlik çəkirsə, yanına stul qoyub ona dirsəklənərək qalxa bilər. Bu zaman diqqətli olmaq lazımdır ki, qiblə istiqamətini itirməsin. Bu şəkildə səcdələri edə bilən şəxs aşağıda verilən digər üsullara keçə bilməz. Əgər deyilən şəkildə səcdə etmək heç cür mümkün deyilsə, qarşısına kətil qoyub möhürü onun üzərinə qoymalı, səcdə zamanı diz üstə əyləşməli və kətilin üzərindəki möhürə səcdə etməlidir. Əgər diz üstə oturmağa da imkan yoxdursa, stulda oturub qarşısındakı stolun üzərinə möhürü qoymalı və üzərinə səcdə etməlidir. Əgər bunu da etmək mümkün deyilsə, möhürü əlinə götürüb alnına qoymalı və səcdənin zikrini deyərək bu şəkildə səcdələri yerinə yetirməlidir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button