İslam suallarda

Hər il Aşura günündə Kərbəlada İmam Hüseyn (ə) hərəminə edilən yürüşün mənası və tarixi nədən ibarətdir?

Oxucu sual verir

Aşura gününün ənənələrindən biri də budur ki, hər ilin bu günündə Kərbəladakı İmam Hüseyn (ə) hərəminə zəvvarların qısa müddətli yürüşü həyata keçirilir. Buna “Tüveyric yürüşü” deyirlər. Tüveyric Kərbəla ilə Hillə şəhərləri arasında, Kərbəladan təqribən 10 km. məsafədə yerləşən bir məntəqənin adıdır. Buranı bəzən Hindiyyə də adlandırırlar. Əvvəllər bu yerlərdə Bəni-Əsəd qəbiləsi yaşayırmış. Rəvayətə görə, Bəni-Əsəd qəbiləsinin üzvləri Əhli-beytin səhrada mühasirəyə alındığını eşidəndə toplaşıb qaça-qaça özlərini Kərbəlaya çatdırmışdılar. Lakin faciə yerinə çatanda görmüşdülər ki, artıq İmamla tərəfdarları şəhid olmuşlar. Həmin hadisənin xatirə əlaməti olaraq hər il milyonlarla insan Aşura günü günortadan əvvəl Tüveyricdən çıxaraq hərəkətə keçir, xeyməgahda (çadırların qurulduğu yerdə) günorta namazlarını qıldıqdan sonra sürətli yürüşlə İmam Hüseyn (ə) hərəminə daxil olur. Çox izdihamlı keçən bu yürüşdə insanlar “ya Hüseyn” şüarını sələndirib İmamın (ə) qəbrini ziyarət edir, daha sonra Həzrət Abbasın ziyarətinə yollanırlar, hər iki hərəmdə bir müddət təziyə saxlayıb novhə deyirlər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button