İslam suallarda

Hacı Zeynalabidin Şirvani kimdir və təsəvvüf tarixində hansı yeri tutur?

Oxucu sual verir

Böyük Azərbaycan səyyahı, hərtərəfli alim və təsəvvüf xadimi Zeynalabdin Şirvani 1780-cı ildə Şamaxıda anadan olmuş, 5 yaşında ikən ailəsi ilə birlikdə Kərbəlaya köçmüşdü. Burada o öz atasından və məşhur müctəhidlərdən dərs alır. 17 yaşında ikən Zeynalabdin nemətullahi dərvişləri ilə tanış olur və bu təriqətə qoşulur, 18 yaşında həm təriqət şeyxləri ilə görüşmək, həm də dünyanı gəzmək məqsədi ilə ilk səyahətinə başlayır. O, ensiklopedik bilikli alim idi, “Təmkin” təxəllüsü ilə şeirlər yazırdı, ömrünün böyük bir hissəsini səyahətlərdə keçirmişdi. Şirvani İran, İraq, Suriya, Misir, Fələstin, Ərəbistan, Yəmən, Türkiyə, Azərbaycan, Orta Asiya, Əfqanıstan da daxil olmaqla bütün müsəlman məmləkətlərini, eləcə də, Hindistan, Tibet, Həbəşistan və Sudanı qarış-qarış gəzmiş, öz səfər xatirələrini üç irihəcmli kitabda qeyd etmişdi.
Z.Şirvani nemətullahiyyə təriqətinin 31-ci qütbü (şeyxi) idi. 1823-ci ildə o, təriqətə rəhbərliyi öhdəyə alaraq “Məstəlişah” ləqəbini qəbul edir və ömrünün sonuna kimi (15 il) nemətullahiyyə təriqətinin başçısı olur. Şirvani 1838-ci ildə həcc ziyarətinə yola düşür və Ciddə şəhərində dünyasını dəyişərək orada basdırılır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button