İslam suallarda

Bəzi dini kitablarda adına rast gəldiyimiz Bələmi-Baura kimdir?

Oxucu sual verir

Dini mənbələrə görə, Bələm (ibn) Baura Həzrət Musa Peyğəmbərin (ə) zamanında yaşamış alimdir. O, uzun illər ibadət edib imanın yüksək dərəcəsinə çatmışdı, ismi-əzəmi, yəni Allahın ön böyük, möcüzəli adını bilirdi, bununla kəramətlər göstərirdi. Rəvayətə görə, Həzrət Musa (ə) Bəni-İsrail camaatı ilə birlikdə Bələmin yaşadığı torpaqları fəth etmək üçün yola çıxanda yerli hakimlər və camaat Bələmə yalvardı ki, Musanın (ə) gəlişinin qabağını alsın. Bələm Həzrət Musanın (ə) peyğəmbər olduğunu bilsə də, nəfsi onu aldatdı. O, Musaya (ə) mane olmaq üçün səhraya çıxıb dua və ibadətə başladı. İsmi-əzəmi bildiyi üçün onun bu işləri Bəni-İsrailin irəliləməsinə həqiqətən mane olurdu. Axırda Həzrət Musanın (ə) duası ilə Allah-Taala ismi-əzəmi Bələmə unutdurdu və o, imanını itirmiş bir şəkildə dünyasını dəyişdi…
Bələm dini mənbələrdə öz biliyini mənasız və hətta zərərli işlərə sərf edən, imanını şan-şöhrətə satan şəxslərin ümumiləşdirilmiş obrazı sayılır. Qurani-Kərimin “Əraf” surəsinin 175-176-cı ayələrində adı çəkilmədən onun haqqında danışılır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button